Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

Qida Təhlükəsizliyi Agentliyinin baytarı rüşvət almaq ittihamı ilə saxlanılıb

369
Qida Təhlükəsizliyi Agentliyinin baytarı rüşvət almaq ittihamı ilə  saxlanılıb
Dinləmək üçün basın

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları, Qərbi Gürcüstan Regional Prokurorluğu ilə birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qida Təhlükəsizliyi Milli Agentliyinin baytarı L.K.-nı rüşvət…

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları, Qərbi Gürcüstan Regional Prokurorluğu ilə birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qida Təhlükəsizliyi Milli Agentliyinin baytarı L.K.-nı rüşvət almaq ittihamı ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, istintaq xidməti məlumat yayıb.

İstintaqın məlumatına görə, L.K. agentlikdə baytar vəzifəsində çalışırdı və heyvanların qeydiyyatı və identifikasiyası üçün nəzərdə tutulan xüsusi qulaq nişanlarının paylanmasını təmin edirdi. Araşdırma nəticəsində məlum olub ki, o, şəxsi maddi mənfəət əldə etmək məqsədilə bir vətəndaşdan dövlət prosedurlarını pozaraq qeydiyyatsız mal-qaranın identifikasiyası üçün ümumilikdə 650 lari məbləğində rüşvət tələb edib və alıb. Əməliyyat zamanı rüşvətin bir hissəsi maddi sübut kimi götürülüb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci bəndi ilə aparılır. Sözügedən maddə 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Maliyyə Nazirliyinin İstintaq Xidməti bildirir ki, gələcəkdə də maliyyə-iqtisadi sahədə baş verən cinayətlərlə mübarizə istiqamətində sərt cinayət siyasəti davam etdiriləcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →