14 
Sen
2025
13:05
228

Tina Bokuçava: “Siyasi bəyanatına görə siyasətçinin həbs olunması Rus tipli diktaturanın göstəricisidir”

 

“Vahid Milli Hərəkat” partiyasının sədri Tina Bokuçava, Levan Xabeişvili barəsində həbs qətimkan tədbirinin seçilməsini şərh edərək bildirib ki, bu fakt Gürcüstanda “Rus tipli diktaturanın” qurulduğunu təsdiqləyir.

InterPress.ge xəbər verir ki, onun sözlərinə görə, Xabeişvilinin yalnız ictimai çağırışına görə həbs olunması avtoritar üsulların tətbiqini açıq şəkildə göstərir.

Bokuçava Xabeişvilinin bəyanatını təkrar edərək qeyd edib ki, Dövlət Təhlükəsizlik Xidməti və güc strukturlarının əməkdaşları “dinc etirazçılara qarşı zor tətbiq etməyəcək, qanun çərçivəsində hərəkət edəcək və xalqın tərəfində dayanacaqlarsa, rejimin sona çatmasından sonra 200 min lari məbləğində mükafat alacaqlar”.

“Bu, Xabeişvilinin bir yarım ay əvvəl səsləndirdiyi eyni bəyanatdır. Onun buna görə həbs olunması İvanişvilinin ölkədə Rus tipli diktatura qurduğunu sübut edir. Belə avtokratik üsullardan heç kim qorxmur və bugünkü gün də bunun təsdiqidir. Hamı dərk edir ki, bu, ölkəmiz, övladlarımız, azadlığımız, Avropa gələcəyimiz və Gürcüstan bayrağı uğrunda həlledici mübarizədir”, – deyə Bokuçava vurğulayıb.

Bizimlə əlaqə saxlayın