12 
Sen
2025
13:21
349

Kaxa Kaladze Levan Xabeişvili ilə bağlı: “Rüşvət təklif etmək, rüşvət almaq qədər cinayətdir”

Tbilisi meri Kaxa Kaladze “Vahid Milli Hərəkat”ın siyasi şurasının sədri Levan Xabeişvilinin saxlanılmasına münasibət bildirib.

InterPress.ge xəbər verir ki, Kaladzenin sözlərinə görə, rüşvət təklif etmək də qanunla eyni dərəcədə cəzalandırılır:

“Rüşvət təklif etmək, rüşvət almaq qədər cinayətdir. Cinayət odur ki, sən polisə qanuna zidd addım atmaq üçün rüşvət təklif edirsən. Bunun fərqi yoxdur – ictimai şəkildə deyirsən, yoxsa gizli. Əgər gizli video olsaydı və orada o, hüquq-mühafizə orqanına rüşvət verməyi təklif etsəydi, nə fərqi olardı? İctimai şəkildə demək və gizli demək arasında fərq yoxdur. Mən bilmirəm, Xabeişvilinin məqsədi nə idi, dəqiq məlumata sahib deyiləm. Ola bilsin, özü açıqlama verəcək”.

Mer həmçinin vurğulayıb ki, bu məsələnin seçki vədləri ilə əlaqələndirilməsi doğru deyil:

“Cinayət odur ki, sən polisə rüşvət təklif edirsən ki, onlar qanunu pozsunlar. Bunun seçki vədləri ilə heç bir əlaqəsi yoxdur”.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən, Levan Xabeişvili vəzifəli şəxslərə pul vəsaiti vəd etməsinə görə saxlanılıb. Onun əməlində Cinayət Məcəlləsinin 339-cu maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri müəyyən edilib. Cinayətə görə 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın