11 
Sen
2025
16:04
2872

İrakli Kobaxidze: “Fişerin ölkədən çıxarılması onun üçün hədiyyə olardı”

"O, o qədər faciəvi fiqurdur ki, ölkədən çıxarılması onun üçün hədiyyə olardı”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer haqqında danışarkən bildirib.

“Fişer faciəvi vəziyyətdədir, onun müdafiəsi də faciəvi addımdır. Amma bununla bağlı geniş şərh vermək istəmirəm. O qədər faciəvi şəxsiyyətdir ki, ölkədən çıxarılması onun üçün hədiyyə olardı. Ən böyük faciə isə odur ki, o, Xazaradzenin kirayəçisidir, bundan böyük faciə nə ola bilər, bilmirəm”.

Xatırladaq ki, Almaniya səfiri Peter Fișer “X” sosial şəbəkəsində paylaşım edərək qeyd etmişdi ki, Almaniyanın Avropa məsələləri üzrə dövlət naziri Günter Krichbaum Gürcüstan istiqaməti ilə bağlı böyük narahatlığını ifadə edib. Diplomatın sözlərinə görə, alman nazir həm Gürcüstan siyasəti, həm də onun – səfirin fəaliyyətinə tam dəstəyini açıqlayıb.

“Əlbəttə, Almaniya siyasi zorakılığı rədd edir. Mən bunu Gürcüstanda açıq şəkildə bəyan etmişəm. Əksini iddia etmək doğru deyil, bu, həqiqət deyil”.-Fişer əlavə edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər