Prokurorluq narkotik tərkibli bitkinin qanunsuz əkilib-becərilməsi faktı üzrə bir nəfərə ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu Tbilisidə narkotik tərkibli bitkinin qanunsuz əkilib-becərilməsi faktı üzrə bir nəfərə ittiham irəli sürüb.
InterPress.ge xəbər verir ki,bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Daxili İşlər Nazirliyinin istintaqı nəticəsində müəyyən olunub ki, təqsirləndirilən şəxs öz evində 25 ədəd çətənə kolları əkib və becərib. Onlardan ümumilikdə 5811 qram narkotik maddə tərkibli bitki əldə olunub.
“Şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 265-ci prim maddəsinin 3-cü hissəsinin ‘a’ bəndi ilə – xüsusilə böyük miqdarda narkotik tərkibli bitkinin qanunsuz əkilib-becərilməsi və yetişdirilməsi ittihamı irəli sürülüb. Bu maddə 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”.
Prokurorluğun təqdim etdiyi vəsatət əsasında məhkəmə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçib.


