10 
Sen
2025
13:33
219

İsveç XİN: “ODIHR vaxtında dəvət edilmədiyi üçün Gürcüstanda seçkilərə səmərəli müşahidə mümkün olmayacaq”

"ATƏT/ODIHR vaxtında dəvət almadığından seçkilərə məzmunlu müşahidə həyata keçirmək mümkün olmayacaq."

InterPress.ge xəbər verir ki, İsveç Xarici İşlər Nazirliyi Gürcüstanda keçiriləcək 4 oktyabr yerli seçkiləri ilə bağlı bəyanat yayıb. 

Bəyanatda vurğulanır ki, Gürcüstanın seçki qanunvericiliyində son vaxtlar qəbul olunmuş dəyişikliklər seçki prosesinin bütövlüyünə təhlükə yaradır:

“Seçki qanunvericiliyinə edilən dəyişikliklər seçkilərin bütövlüyünü şübhə altına alır. Eyni zamanda, vətəndaş cəmiyyətinə və müxalifətə qarşı repressiyalar davam edir. Gürcüstan hakimiyyəti demokratik institutlara etimadı bərpa etməlidir. Bunun üçün isə ATƏT-in seçki ilə bağlı tövsiyələrinin icrası vacibdir”.

Xatırladaq ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ODIHR) direktoru Mariya Telalyan dünən açıqlama verərək bildirmişdi ki, Gürcüstan hökumətinin müşahidəçiləri seçkilərə bir aydan az qalmış dəvət etməsi səmərəli və etibarlı müşahidəni mümkünsüz edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər