Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

Gürcüstan korrupsiyanın azlığı üzrə Avropanın ən yaxşı iyirmiliyinə daxil olub

314
Gürcüstan korrupsiyanın azlığı üzrə Avropanın ən yaxşı iyirmiliyinə daxil olub
Dinləmək üçün basın

Avropa Komissiyasının “Dünya Ədalət Layihəsi” çərçivəsində dərc etdiyi Korrupsiyanın olmaması indeksinə əsasən, Gürcüstan 100 ballıq qiymətləndirmə sistemində 67% nəticə göstərib və dünyada 35-ci yeri, Avropada isə ən…

Avropa Komissiyasının “Dünya Ədalət Layihəsi” çərçivəsində dərc etdiyi Korrupsiyanın olmaması indeksinə əsasən, Gürcüstan 100 ballıq qiymətləndirmə sistemində 67% nəticə göstərib və dünyada 35-ci yeri, Avropada isə ən yaxşı 20 ölkə arasında yer alıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı “Gürcü Arzusu” yayıb.

Partiyanın məlumatına görə, korrupsiyanın azlığı baxımından Gürcüstan bütün Avropa İttifaqına üzv namizəd ölkələri, eləcə də Aİ və NATO-nun 14 üzv dövlətini – İtaliya, Xorvatiya, Yunanıstan, Sloveniya, Slovakiya, Rumıniya, Macarıstan, Bolqarıstan, Malta, Kipr, Monteneqro, Şimali Makedoniya, Türkiyə və Albaniyanı qabaqlayıb.

Avropada korrupsiyanın ən az olduğu ölkələr sırasında Danimarka, Norveç və İsveç liderlik edir. Araşdırma həmçinin ən korrupsiyalaşmış dövlətləri də müəyyən edib: siyahının əvvəlində Ukrayna, ardından Albaniya və Moldova gəlir. Rusiya isə korrupsiyanın səviyyəsinə görə Serbiyadan sonra 5-ci yerdədir.

Avropa Komissiyasının açıqlamasında bildirilib ki, indeks hökumətdə korrupsiyanın olmamasını ölçür və onun üç əsas formasını araşdırır: rüşvət, ictimai və şəxsi maraqların sui-istifadəsi, həmçinin dövlət vəsaitləri və resurslarının mənimsənilməsi. Bu göstəricilər icra hakimiyyəti, məhkəmə, ordu, polis və qanunverici orqanlarda çalışan vəzifəli şəxslərlə bağlı qiymətləndirilib.

 

 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →