09 
Sen
2025
14:36
391

Mzia Amağlobeli Azad Media Mükafatına layiq görülüb

Norveçin Fritt Ord Foundation fondu və Almaniyanın ZEIT Stiftung Bucerius təşkilatı tərəfindən azad mətbuat mükafatının 6 laureatı elan olunub.

InterPress.ge xəbər verir ki, mükafatçılar arasında Gürcüstanın tanınmış jurnalisti, “Netgazeti” və “Batumelebi” media platformalarının qurucusu Mziya Amağlobeli də yer alır.

Təşkilatların yaydığı mətbuat relizində bu ilki mükafatçılar aşağıdakı şəxslər və media qurumlarıdır:

Gwara Media – Ukrayna (müstəqil media platforması)

Mziya Amağlobeli – Gürcüstan (jurnalist və media qurucusu)

Direkt36 – Macarıstan (araşdırma jurnalistikası üzrə onlayn media)

Aleksandra Astakhova – Rusiya (fotojurnalist)

Belarus Investigative Center – Belarus (araşdırma mediası)

Nargiz Absalamova – Azərbaycan (jurnalist)

Təşkilatların açıqlamasında bildirilir ki, bu mükafatlar Mərkəzi və Şərqi Avropada fəaliyyət göstərən müstəqil jurnalistlərə və media qurumlarına, çətin və riskli şəraitdə apardıqları qəhrəmancasına araşdırma jurnalistikası üçün verilir. Bu bölgələrdə avtoritar rejimlərin artan təzyiqləri fonunda bəzi laureatlar jurnalist fəaliyyətlərinə görə bir neçə illik həbs cəzası da alıblar.

Açıqlamada Gürcüstandan olan laureat Mziya Amağlobeli haqqında xüsusi vurğulama edilib. Bildirilir ki, o, 25 ildir müstəqil və dürüst jurnalistikaya sadiq qalıb və Gürcüstanda azad medianın simasına çevrilib. Onun adı jurnalist etikası və prinsiplərinə sadiqliyin simvolu kimi qeyd olunur.

“Amaghlobeli bu il avqust ayında siyasi motivli iş çərçivəsində 2 il azadlıqdan məhrum edilmə cəzası alıb. Beynəlxalq insan haqları təşkilatları bu prosesi siyasi təqib hesab edir. Onun əsl səbəbi, hakimiyyətin illərlə davam edən korrupsiyasını ifşa etməsi olub. O, Sovet İttifaqının dağılmasından sonra Gürcüstanda siyasi motivli ittihamlarla həbs olunan ilk qadın jurnalist olub,” – deyə təşkilatlar qeyd edir.

Qeyd edilir ki, Amaghlobeli 2025-ci ilin yanvar və fevral aylarında 38 gün davam edən aclıq aksiyası keçirib. Bu səbəbdən hazırda onun səhhətinin ağır vəziyyətdə olduğu bildirilir.

 

 

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər