08 
Sen
2025
12:24
272

Gürcüstan millisinə AvroBasketdə əldə etdiyi tarixi uğura görə mükafat veriləcək

Ölkənin basketbol üzrə milli komandasının AvroBasketdə əldə etdiyi tarixi uğura görə hökumət tərəfindən 3 milyon lari mükafat ayrılacaq.

InterPress.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Kobaxidze Nazirlər Kabinetinin iclasında bildirib.

İrakli Kobaxidzenin sözlərinə görə, komandanın əldə etdiyi tarixi nəticə hökumət tərəfindən xüsusi olaraq qiymətləndiriləcək:

“Basketbol sahəsində tarixi nəticə əldə olunub. Bu nailiyyətin hökumət tərəfindən də müvafiq pul mükafatı ilə qeyd olunması vacibdir. Artıq əldə olunmuş uğura görə 3 milyon lari ayrılacaq.”

Baş nazir əlavə edib ki, milli komanda AvroBasketdə hər növbəti qələbə qazandıqca, onlar üçün əlavə 3 milyon lari mükafat təyin olunacaq:

“Avropa çempionatında hər növbəti qələbə üçün də biz 3 milyon lari mükafat verəcəyik.”

Qeyd edək ki, Gürcüstanın basketbol millisi dünən AvroBasket-in səkkizdəbir final mərhələsində Fransanı məğlub edib. Bu qələbə ilə Gürcüstan tarixində ilk dəfə Avropa çempionatının 1/4 final mərhələsinə yüksəlib.

 

 

 

 

 

Bizimlə əlaqə saxlayın