05 
Sen
2025
16:21
296

Badri Caparidze: “Seçkilərdə iştirak qərarımıza sadiq qalırıq, çünki bu qərara görə həbs olunmuşduq”

"Seçkilərdə iştirak etmək barədə qəbul etdiyimiz qərar dəyişməz qalır və bu mövqedən geri çəkilmək bizim tərəfdarlarımıza xəyanət olardı."

InterPress.ge xəbər verir ki, “Güclü Gürcüstan – Lelo” partiyasının liderlərindən biri, Badri Japaridze Rustavi həbsxanasından azadlığa çıxdıqdan sonra jurnalistlərə açıqlama verib.

“Biz qərarı hərtərəfli düşünülmüş və bütün amillər nəzərə alınaraq qəbul etdik. Bu qərara görə bizi həbs etdilər, ona görə də bu qərarımızdan geri çekilməyəcəyik. Mən hər bir müxalifətçinin mövqeyinə hörmət edirəm. İnsanların küçələrdə dinc etiraz etmək hüququ var, həmçinin boykot da etmək hüququ var. Amma on minlərlə seçici var ki, 4 oktyabrda seçkiyə gələcək və onlar bizdən imtina görməməlidirlər. Onlar görməlidirlər ki, Avropa yönümlü partiyalar onların səsinin müdafiəsi üçün mübarizəyə hazırdır”, – deyə Japaridze bildirib.

Jurnalistlərin sualına cavab olaraq o qeyd edib ki, seçkilərdə iştirak qərarı onların seçici bazasının böyük hissəsinin tələbi idi:

“Bizim seçicilərimizin çox böyük hissəsi bizdən seçkilərdə iştirak etməyi tələb edirdi. Çox böyük hissəsi. Əgər bu məlumat sizdə olsaydı, bu sualı mənə verməzdiniz”, – deyə əlavə edib Japaridze.

Xatırladaq ki, Mixeil Qavelaşvili “Güclü Gürcüstan – Lelo” liderləri Mamuka Xazaradze və Badri Japaridzeni əfv edib. Prezident bu addımı yerli özünüidarəetmə seçkilərinin məhdud rəqabət şəraitində keçirildiyi təəssüratının yaranmaması üçün atdığını bəyan edib.

Qeyd edək ki, Mamuka Xazaradze və Badri Japaridze 23 iyunda partiya ofisində saxlanılmışdı. Onların həbsi hakim Zviad Sharadzenin qərarı ilə həyata keçirilmişdi. Parlamentin müvəqqəti istintaq komissiyasının tələbinin yerinə yetirilməməsinə görə hər iki lider günahkar bilinmiş, 8 ay müddətinə azadlıqdan məhrum edilərək, 2 il dövlət vəzifəsi tutmaq hüququndan məhrum edilmişdilər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər