Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Sofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirTbilisidə Mirzə Şəfi Vazehin xatirəsinə həsr olunmuş tədbir keçirilibÜç nəfəri soyuq silahla yaralayan şəxs saxlanılıbSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirTbilisidə Mirzə Şəfi Vazehin xatirəsinə həsr olunmuş tədbir keçirilibÜç nəfəri soyuq silahla yaralayan şəxs saxlanılıb
TVCANLI

Levan Xabeişvili: “4 oktyabrda rejimin sülh yolu ilə devrilməsi qaçılmazdır”

355
Levan Xabeişvili: “4 oktyabrda rejimin sülh yolu ilə devrilməsi qaçılmazdır”
Dinləmək üçün basın

"4 oktyabrda “Gürcü Arzusu” rejiminin sülh yolu ilə devrilməsi qaçılmaz olacaq. Onun sözlərinə görə, gürcü xalqı bu günə qədər əlindən alınmayan Gürcüstan bayrağı ətrafında birləşir."

"4 oktyabrda “Gürcü Arzusu” rejiminin sülh yolu ilə devrilməsi qaçılmaz olacaq. Onun sözlərinə görə, gürcü xalqı bu günə qədər əlindən alınmayan Gürcüstan bayrağı ətrafında birləşir."

InterPress.ge xəbər verir ki, bu barədə “Milli Hərəkat”ın siyasi şurasının sədri Levan Xabeişvili bəyan edib.

“Ölkə inqilabi dəyişikliklərə ehtiyac duyur ki, Avropa ailəmizə qayıdaq. Gürcü xalqından dövlət institutları alındı, hakimiyyət ələ keçirildi, amma Gürcüstan bayrağı əlimizdən alınmadı. Məhz bu bayraq ətrafında birləşirik. 4 oktyabrda bu rejimin sülh yolu ilə devrilməsi, sülh yolu ilə inqilab qaçılmazdır”, – deyə Xabeişvili bildirib.

Onun sözlərinə görə, 4 oktyabr gününün təşkilatçısı elə xalqın özü – müxtəlif sahələrin nümayəndələri, o cümlədən mədəniyyət xadimləri və aktyorlardır.

“Bizim qələbəmiz hər bir vətəndaşdan asılıdır. Əgər televiziyadan bizə baxan insanlar da Qələbə Gününə gələrsə, bu rejimin devrilməsinə nail olacağıq. Qələbə bizim əlimizdədir. Vicdan məhbusları hələ də həbsdə olduğu müddətdə, biz onların azadlığı uğrunda mübarizə aparacağıq. Bu ölkənin Avropa ailəsinə qayıtması üçün inqilabi dəyişikliklərə ehtiyacı var ki, heç bir ana övladının qanunsuz həbsdə qalmasına görə göz yaşı tökməsin”, – deyə Xabeişvili vurğulayıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Sofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbSon xəbərlərə bax →