Kaxa Kaladze: “Prezidentin qərarı humanist addımdır”
Kaxa Kaladze Prezident Mixeil Kavelaşvilinin “Güclü Gürcüstan – Lelo” partiyasının liderləri Mamuka Xazaradze və Badri Japaridzeni əfv etməsinə münasibət bildirib.
InterPress.ge xəbər verir ki, Kaladzenin sözlərinə görə, bu qərar humanist aktdır və Prezidentin qanuni səlahiyyətinə daxildir.
“Prezidentin qəbul etdiyi qərar humanist aktdır. O, iki məhbusu əfv etdi. Ümumiyyətlə, mənim üçün heç vaxt kiminsə həbsdə olması sevindirici deyil, niyə kiminsə həbsi insana sevinc gətirməlidir ki? Sadəcə, düşünürəm ki, dövlət institutlarına daha çox hörmət olmalıdır.
Nə deməkdir onların iradəsinə qarşı əfv?! Əgər istəkləri varsa, çıxsınlar, istəmirlərsə, qapansınlar və heç vaxt çıxmasınlar, heç kim onları məcbur etmir. Prezidentin bu qərarı qəbul etmək hüququ var. O, izah etdi ki, məqsəd nədir. Prezident qərar qəbul etdi və seçkilərdə iştirak edən həmin siyasi partiyanın liderlərini azadlığa buraxdı. Çox sadədir,” – deyə Kaladze qeyd edib.
Xatırladaq ki, Prezident Mixeil Kavelaşvili “Güclü Gürcüstan – Lelo” partiyasının liderləri Mamuka Xazaradze və Badri Japaridzeni əfv edib. Prezidentin açıqlamasında bildirilib ki, bu qərar yerli özünüidarəetmə seçkilərinin məhdud rəqabət şəraitində keçirildiyi barədə bəhanələrin qarşısını almaq məqsədi daşıyır.


