04 
Sen
2025
09:55
356

Levan Xabeişvili: “İvanişvili rejiminin tam kapitulyasiyası yaxınlaşır”

"4 oktyabr Gürcüstan müxalifətinin qələbə günü olacaq."

InterPress.ge xəbər verir ki, by barədə “Milli Hərəkat”ın Siyasi Şurasının sədri Levan Xabeişvili sosial şəbəkədə yayımladığı bəyanatda bildirib.

“Bələdiyyə deputatlığına tamah salanlar, çaşqın və sarsılmış sifətlərlə, polisin kordonu altında yolu yararaq irəliləyirdilər. Yanlarında isə ‘milisionerlər’ ağır addımlarla onları müşayiət edirdi ki, bahalı geyimlərinə dəyən yumurta və ya təhqir onlara yox, özlərinə dəysin. Ançuqelidzenin ruhuna hörmətsizlik edən bu deputasiyanı adi jandarm zabiti alın tərilə qoruyurdu. İvanişvili rejiminin tam kapitulyasiyası yaxınlaşır. 4 oktyabr – qələbə günüdür! Hamı küçələrə, bayraqlarla!” –  Xabeişvili yazıb.

Xatırladaq ki, ötən gün “Gürcü Arzusu”nun nümayəndələri, o cümlədən Tbilisi meri və merliyə namizəd Kaxa Kaladze, onun seçki qərargahının açılış mərasimində etirazçıların sədaları və şüarları fonunda tədbiri tərk etmək məcburiyyətində qalıblar. Aksiyanın iştirakçıları “Qullar!”, “Ruslar!” şüarları səsləndiriblər. Tədbirdən sonra isə etirazçıların qışqırıqları altında baş nazir İrakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladze, parlament sədri Şalva Papuaşvili, deputatlar və nazirlər ərazini tərk ediblər. Hadisə zamanı “Gürcü Arzusu”nun üzvü Beka Odişaria ilə etirazçılar arasında sözlü qarşıdurma da yaşanıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər