İstintaq Xidməti böyük miqdarda qaçaq siqaret dövriyyəsi ilə bağlı 12 fakt aşkar edib
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları 2025-ci ilin avqust ayında ölkə üzrə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində aksiz markasız böyük miqdarda siqaretin saxlanılması, daşınması və satışının 12 faktını aşkar ediblər.
InterPress.ge xəbər verir ki, bu barədə İstintaq Xidməti məlumat yayıb.
Qurumun məlumatına görə, cinayət işi üzrə ümumilikdə 20 nəfərə ittiham irəli sürülüb, onlardan 10 nəfər saxlanılıb.
Açıqlamada bildirilir ki, istintaq tədbirləri zamanı satış üçün nəzərdə tutulmuş müxtəlif markalardan ibarət 23 505 qutu aksizsiz siqaret müsadirə olunub. Onların ümumi bazar dəyəri 110 000 laridən çoxdur.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 200-cü maddəsi ilə aparılır. Bu maddə 4 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


