02 
Sen
2025
21:21
185

Rustaveli prospektində davam edən etiraz aksiyasında saxlanılanların sayı 23-ə çatıb

Rustaveli prospektində davam edən aksiyada saxlanılanların sayı 23-ə çatıb.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bütün şəxslər inzibati qaydada saxlanılıb.

Qurum aksiya iştirakçılarını yolun kənarında toplaşmaq cəhdlərini dayandırmağa çağırır.

Nümayiş əvvəlcə plenar iclasla paralel olaraq parlamentin arxa girişində keçirilib. Vətəndaşlar 2008-ci ilin avqust müharibəsi ilə bağlı müvəqqəti istintaq komissiyasının çıxardığı nəticəyə etiraz edirlər. Onlar bir neçə dəfə yolu bağlamaq istəsələr də, polis buna imkan verməyib. Günün sonunda nümayiş iştirakçılarından bəziləri Teatr Universitetinə doğru keçib, orada yolu bağlamağa cəhd ediblər. Polis bir neçə nəfəri, azı üç nümayiş iştirakçısını yerindəcə saxlayıb. 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər