02 
Sen
2025
13:28
384

Parlament “Gaxaria – Gürcüstan Naminə ” partiyasının 12 üzvünün mandatını tanıdı

Gürcüstan Parlamenti “Gaxaria – Gürcüstan Naminə” partiyasının 12 üzvünün deputat mandatını təsdiqləyib.

InterPress.ge xəbər verir ki, məsələ plenar iclasda səsverməyə çıxarılıb və dəstək qazanıb.

Qərara əsasən, deputatlıq səlahiyyəti dayandırılan şəxslərin yerinə aşağıdakı namizədlərin mandatı tanınıb:

Dimitri Tsxitishvilinin yerinə – Gela Abuladze,

Ana Buçukurinin yerinə – Cemal Ananidze,

Beka Liluashvilinin yerinə – Ketavan Bakaradze,

Berdia Siçinavanın yerinə – Rusudan Tevzadze,

Teona Akubardianın yerinə – Malxaz Toria,

Natia Mezvrişvilinin yerinə – Şalva Kereselidze,

Levan Qoçiçaşvilinin yerinə – Salome Kobaladze,

Giorgi Gaxarianın yerinə – Giga Farulava,

Zviad Dzidziguşvilinin yerinə – Vika Pilfani,

Roin Koçoraşvilinin yerinə – Giorgi Şaraşidze,

Kaxa Kemoklidzenin yerinə – Tamar Xvedeliani,

Zaza Tavadzenin yerinə – Sofio Xorquani.

Xatırladaq ki, “Gaxaria – Gürcüstan üçün” partiyasının deputatlarının mandatı 2 iyul tarixində keçirilən növbədənkənar iclasda, yaz sessiyasının başa çatmasından sonra, iclaslarda üzrsüz iştirak etmədiklərinə görə dayandırılmışdı.

Ümumilikdə XI çağırış parlamentində 61 müxalifət deputatının mandatı dayandırılıb. Müxalifət 2024-cü il parlament seçkilərinin nəticələrini qanunsuz sayaraq parlamentin legitimliyini tanımamış və deputatlıqdan imtina etmişdi.

Digər baryeri aşmış müxalif partiyalardan fərqli olaraq, “Gaxaria – Gürcüstan Naminə” seçki siyahısını ləğv etməmişdi. Buna görə də parlamentdə onların boş qalmış yerlərinin əvəzedici üzvlərlə doldurulması məsələsi gündəliyə çıxarılıb.

Bizimlə əlaqə saxlayın