01 
Sen
2025
15:42
202

Gia Volski: “Aİ-nin bütün ölkələri düşünmür ki, xalq Xabeişvilinin ideyalarına dəstək vermədiyinə görə cəzalandırılmalıdır”

Parlamentin birinci vitse-spikeri Gia Volski vizaliberallaşdırmanın mümkün dayandırılması ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, Avropa İttifaqında bütün dövlətlər bu məsələni eyni yanaşma ilə qiymətləndirmir.

“Vizaların dayandırılması mexanizmi mövcuddur və bunun üçün kvalifikasiya olunmuş əksəriyyətin qərarı tələb olunur. Aİ-də yalnız Macarıstan və Slovakiya deyil, başqa dövlətlər də sanksiyaların əleyhinə çıxır. Bütün ölkələr düşünmür ki, bir xalq ona görə cəzalandırılmalıdır ki, küçələrə çıxmır və Xabeişvilinin ‘inqilabi ideyasına’ dəstək vermir. Mövqeləri belədir: ‘Əgər etiraz etmirsinizsə, əvəzində azad hərəkət hüququnuz olmayacaq’. Bu yanaşma ədalətli deyil”, – deyə Volski bildirib.

O qeyd edib ki, bu tələblərin arxasında daha geniş planlar gizlənir:

“Bizim cavabımız var, amma düşünürük ki, bu tələblərin arxasında daha ciddi və uzaqgörən plan dayanır – Gürcüstanı proksi müharibəyə cəlb etmək. Onlar ölkədə marionet hökumət gətirmək istəyirlər və buna seçki yolu ilə nail ola bilmədiklərindən, inqilab lazım olur. İnqilab isə xalqın narazılığını tələb edir. Bu mövqeni Gürcüstanın əleyhinə yönəlmiş dairələr müdafiə edir”.

Bizimlə əlaqə saxlayın