01 
Sen
2025
15:37
232

Parlament “Gürcü Arzusu”nun maliyyə-iqtisadi cinayətlərə dair qanun paketini müzakirə edir

Parlament “Gürcü Arzusu” fraksiyasının təşəbbüsü ilə hazırlanmış qanunvericilik paketinə qayıdıb.

InterPress.ge xəbər verir ki, layihə maliyyə-iqtisadi cinayətlərlə bağlı ziyanın kompensasiyasını və bu istiqamətdə yeni hüquqi mexanizmlərin tətbiqini nəzərdə tutur.

Sənəd hüquq məsələləri komitəsinin iclasında komitə sədri Arçil Gorduladze tərəfindən təqdim olunub. Onun sözlərinə görə, üçüncü oxunuş çərçivəsində dəyişikliklər əsasən texniki və prosedur xarakterli məsələlərin dəqiqləşdirilməsinə aiddir.

Gorduladze layihənin məqsədini belə izah edib:

“Əsas məqsəd yeni cinayətlərin qarşısının alınması və ən başlıcası, zərərçəkmişlərin kompensasiyasını təmin etməkdir. Dəyişikliklərə əsasən, cinayət işinə baxılarkən məhkəmənin hökmündə kimlərin əmlakının müsadirə olunacağı və həmin əmlakın kimlərin xeyrinə yönəldiləcəyi açıq şəkildə göstəriləcək”.

Onun sözlərinə görə, üçüncü oxunuşda texniki və dəqiqləşdirici dəyişikliklərlə yanaşı, sərtləşdirmə istiqamətində də əlavələr nəzərdə tutulur ki, bu da daha çox zərərçəkmişin hüquqlarının təmin olunmasına yönələcək. Bu barədə ətraflı məlumat isə parlamentin plenar iclasında təqdim olunacaq.

Xatırladaq ki, parlamentin reqlamentinə görə, qanun layihəsinin üçüncü oxunuşunda yalnız redaksiya xarakterli dəyişikliklər edilə bilər. Deputatlar bu mərhələdə layihə ilə bağlı redaksiya xarakterli qeydlər də verə bilərlər.

Bizimlə əlaqə saxlayın