01 
Sen
2025
14:13
230

Ana Çitlidze: “Kavelaşvilinin məktubu İvanişvilinin mövqeyidir və Gürcüstanın Avropa gələcəyini təhlükəyə atır”

“Vahid Milli Hərəkat” partiyasının liderlərindən biri Ana Çitlidze Gürcüstan prezidenti Mixail Kavelaşvilinin ABŞ prezidenti Donald Trampa ünvanladığı açıq məktubu kəskin tənqid edib.

Çitlidzenin sözlərinə görə, bu məktub əslində Bidzina İvanişvilinin adından yazılıb və ölkənin Avropa gələcəyinə zərbə vurur:

“Bir daha çox aydın görünür ki, ‘Gürcü Arzusunun’ beynəlxalq arenada əlini sıxacaq heç kim yoxdur. Bu məktub gülünc olardı, əgər faciəvi dərəcədə Gürcüstanın Avropa gələcəyinə aid olmasaydı. Bu, ‘Gürcü Arzusunun’ xarici siyasətinin tam fiaskosunu göstərir. Onlar seçkiqabağı vədlərlə xalqı aldadırdılar ki, Trampın qələbəsindən sonra ABŞ-la münasibətləri bərpa edəcəklər, sanksiyalar olmayacaq. Amma reallıq budur ki, bu hakimiyyət ABŞ-la da, beynəlxalq tərəfdaşlarla da heç bir münasibəti bərpa edə bilmir”.

O bildirib ki, əgər “Gürcü Arzusu” doğrudan da ABŞ-la münasibətləri yenidən qurmaq istəyirdisə, bunun üçün Avropa inteqrasiyası çərçivəsində mövcud yol xəritəsindən istifadə etməli idi:

“Onların bu imkanı dəfələrlə olub, lakin öhdəlikləri yerinə yetirmədilər. Ona görə də bu məktub gülüncdür, amma eyni zamanda faciədir, çünki Gürcüstanın Avropa gələcəyinə aiddir. Nəticədə, ‘Gürcü Arzusuna’ daha sərt sanksiyalar tətbiq olunacaq. Çünki onların seçdiyi yol ölkənin Rusiyanın xeyrinə satılması deməkdir”.

Xatırladaq ki, Mixail Kavelaşvili məktubunda ABŞ administrasiyasının Gürcüstana yetərincə diqqət göstərmədiyini bildirib və Vaşinqtonla strateji tərəfdaşlığın “sıfırdan” bərpa olunmasına hazır olduğunu vurğulayıb. Məktubda o, Trampın Azərbaycan və Ermənistan arasında sülhə vasitəçilik etdiyini, Türkiyə ilə əməkdaşlığı gücləndirdiyini, hətta Rusiya ilə tərəfdaşlığı bərpa etdiyini qeyd edib, lakin Gürcüstanın diqqətdən kənarda qalmasını təəccüblə qarşıladığını yazıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər