Gürcüstan parlamenti yaxınlığında etiraz aksiyası keçirilir.
InterPress.ge xəbər verir ki, etiraz aksiyasına bir müddət əvvəl İctimai Yayımçı binası yaxınlığında toplaşanlar da qoşulub.
Davamlı etiraz aksiyasının 274-cü günündə qanunverici orqanın yaxınlığında toplaşan vətəndaşlar magistral yolu bağlayıblar.
Nümayişçilərin tələbləri dəyişməz olaraq qalır - yeni seçkilərin təyin edilməsi və etirazlar zamanı saxlanılanların azad edilməsi.
