28 
Avq
2025
10:08
256

Amnesty International: “Gürcüstan hökuməti öz xalqının insan haqlarına sabotaj törədir”

Beynəlxalq insan haqları təşkilatı Amnesty International Gürcüstan hakimiyyətini insan hüquqlarının pozulmasında ittiham edib. Təşkilatın yaydığı bəyanatda bildirilir ki, ölkədə vətəndaş cəmiyyəti üçün fəaliyyət imkanları daralır və bu repressiyalar dərhal dayandırılmalıdır.

Bəyanatda qeyd olunur ki, hökumət 7 qeyri-hökumət təşkilatının hesablarını dondurub və onların əleyhinə “sabotaj” ittihamı ilə cinayət işi açıb. İddialara əsasən, QHT-lər etirazçılar üçün qoruyucu avadanlıqların maliyyələşdirilməsində iştirak ediblər. Amnesty International xəbərdarlıq edib ki, əvvəlki işlərdən fərqli olaraq, bu dəfə QHT rəhbərlərinin həbs olunması ehtimalı var.

“Dövlətin müstəqil qeyri-hökumət təşkilatlarını ‘sabotaj təşkilatçıları’ kimi təqdim etməsi onların fəaliyyətinə mane olur və ölkədə insan haqlarını müdafiə edən digər şəxslərə təhlükəli mesaj göndərir. Hakimiyyət insan haqları müdafiəçilərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin fəaliyyətini məhdudlaşdırmaqla, əslində, öz xalqının hüquqlarına qarşı sabotaj törədir. Bu repressiyalar dərhal dayandırılmalıdır”, – deyə bəyanatda vurğulanır.

Bizimlə əlaqə saxlayın