25 
Avq
2025
16:54
259

Kaxa Kaladze: “Mdinaradzenin DTX rəhbəri vəzifəsində uğurlu fəaliyyəti ölkə üçün çox vacibdir”

Tbilisi meri Kaxa Kaladzenin sözlərinə görə, Dövlət Təhlükəsizlik Xidmətinin düzgün və səmərəli fəaliyyəti ölkə üçün son dərəcə vacibdir və o, bu quruma rəhbərlik edən Mamuka Mdinaradzeyə uğurlar arzulayır.

“Mamuka uğurlu insandır. O, illər ərzində parlamentdə müxtəlif vəzifələrdə çalışıb, həmçinin ‘Gürcü Arzusu – Demokratik Gürcüstan’ partiyasının icraçı katibidir. O, ölkəsini sevən, nümunəvi ailəyə sahib yaxşı gürcü kişisidir. Dövlət Təhlükəsizlik Xidməti çox məsuliyyətli qurumdur və mən ona bu vəzifədə səmimi qəlbdən uğurlar arzulayıram. Bu xidmətin düzgün və koordinasiyalı fəaliyyəti ölkəmiz və gələcəyimiz üçün olduqca önəmlidir”, – deyə Kaladze jurnalistlərə bildirib.

Anri Oxanaşvilinin vəzifədən ayrılmasına toxunan Kaladze qeyd edib ki, kadr dəyişikliyi normal prosesdir və burada mənfi heç nə yoxdur:

“Bir daha təkrar edirəm, Anri heç yerə getməyib, o, komandanın tərkibində qalır. Hansı istiqamətdə fəaliyyətini davam etdirəcəyi yaxın günlərdə məlum olacaq. Vəzifə dəyişikliyi həmişə baş verir və bunda pis heç nə yoxdur”, – deyə Tbilisi meri əlavə edib.

Bizimlə əlaqə saxlayın