24 
Avq
2025
16:22
209

24 avqust – Gürcüstan Konstitusiyası Günüdür

Bu gün Gürcüstanda Konstitusiya Günü qeyd olunur.

InterPress.ge xəbər verir ki, 1995-ci il avqustun 24-də Gürcüstan parlamenti ölkənin əsas qanununu – Konstitusiyanı qəbul edib. Yeni qəbul olunmuş Konstitusiya həmin il seçilmiş parlamentin səlahiyyətlərinin tanındığı gündən qüvvəyə minib.

Konstitusiyanın qəbul edilməsi ilə Gürcüstan bütün ərazisində – o cümlədən Abxaziya Muxtar Respublikası və Çxinvali bölgəsi daxil olmaqla – müstəqil, vahid və bölünməz dövlət kimi tanınıb.

Yeni Konstitusiyaya əsasən, Gürcüstanın siyasi quruluş forması demokratik respublika elan olunub. Dövlət hakimiyyəti isə demokratik ölkələrə xas olaraq, hakimiyyət bölgüsü prinsipinə əsaslanır.

Qeyd edək ki, hələ 1993-cü il fevralın 16-da ölkə başçısı və eyni zamanda parlament sədri olmuş Eduard Şevardnadze Gürcüstan Dövlət Konstitusiya Komissiyasının yaradılması təşəbbüsü ilə çıxış etmişdi. Məhz həmin komissiya gələcəkdə ölkənin əsas qanununu hazırladı. Komissiyanın tərkibi ümumilikdə 118 nəfərdən ibarət olub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər