20 
Avq
2025
12:33
276

Salome Samadaşvili: Gürcüstanın Avropa Şurasından çıxarılması məsələsinin gündəmə gəlməsi ölkə üçün “böyük həyəcan siqnalıdır”

“Lelo – Güclü Gürcüstan” partiyasının liderlərindən biri, Salome Samadaşvili Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 51 deputatının Gürcüstanla bağlı açıqlamasına münasibət bildirib.

Onun sözlərinə görə, Gürcüstanın Avropa Şurasından çıxarılması məsələsinin gündəmə gəlməsi hər bir vətəndaş üçün ciddi xəbərdarlıqdır.

Samadaşvili qeyd edib ki, hazırda ölkəni idarə edən hakimiyyət Vladimir Putinin Rusiyadakı rejiminin davamıdır:

“Avropa Şurası bizim ilk və ən mühüm Avropa birliyimizdir ki, illər əvvəl ona üzv olduq. Məhz buradan Gürcüstanın Avropa İttifaqına inteqrasiyası və Avropa məkanına yol açıldı. Bu gün isə ölkəni idarə edən rejim faktiki olaraq Putinin rejiminin davamıdır. Avropa Şurasının heç bir tövsiyəsi və tələbi yerinə yetirilməyib, əksinə, bütün addımlar əks istiqamətdə atılıb. Aydındır ki, siyasi gündəlikdə əvvəl-axır Gürcüstanın Avropa Şurasından çıxarılması məsələsi qalxacaqdı. Təəssüf ki, bu asan prosedur deyil və uzun müzakirələr tələb edəcək. Lakin onun gündəmə gəlməsi Gürcüstanın hara aparıldığının böyük həyəcan siqnalıdır” – deyə o bildirib.

Xatırladaq ki, AŞPA-nın 51 deputatı birgə bəyanat yayıb. Sənəddə vurğulanır ki, Assambleya 2025-ci ilin yanvarında Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərini yalnız o şərtlə tanıyıb ki, ölkə aprelinadək demokratik standartlara əməl edəcək, siyasi məhbusları azad edəcək və yaxşılaşdırılmış seçki şərtləri ilə növbədənkənar parlament seçkiləri elan edəcək.

Bəyanatda qeyd olunur: “Əgər Gürcüstan avtoritar kursun dəyişdirilməsi istiqamətində irəliləyiş əldə etməsə, nümayəndə heyətinin səlahiyyətlərinə yenidən etiraz edəcəyik və Assambleyanı, eləcə də Nazirlər Komitəsini Gürcüstanın təşkilatdan çıxarılması prosesinə başlamağa çağıracağıq”.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər