Ukrayna mediasının məlumatına görə, Xarkovda yaşayış binasına Rusiya tərəfindən dronlarla həyata keçirilən hücum nəticəsində ölənlərin sayı 7-yə çatıb. Həlak olanlar arasında iki uşaq da var.
Hücum zamanı 20 nəfər yaralanıb, onların arasında 6 uşaq olduğu bildirilir.
Şəhər meri İqor Terexovun açıqlamasına görə, 18 avqust Xarkovda matəm günü elan edilib.
