Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Komunal ödənişlərdə əsasız tutulan bu məbləğlər silindi

963
Komunal ödənişlərdə əsasız tutulan bu məbləğlər silindi
Dinləmək üçün basın

Gürcüstan Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyası (SEMEK) 2025-ci ilin iyul və avqust aylarında vətəndaşlardan elektrik enerjisi, təbii qaz və su təchizatı üzrə kommunal şirkətlər tərəfindən əsassız…

Gürcüstan Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyası (SEMEK) 2025-ci ilin iyul və avqust aylarında vətəndaşlardan elektrik enerjisi, təbii qaz və su təchizatı üzrə kommunal şirkətlər tərəfindən əsassız tutulmuş vəsaiti abonentlərin hesablarından silib. Ümumi məbləğ 350 000 lari təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı SEMEK yayıb.

Qurumun açıqlamasına görə, vətəndaşların şikayətləri əsassız hesablanmış borclara, köhnəlmiş (xitam verilmiş) öhdəliklərə, şəbəkəyə qoşulma prosedurlarına və onların icra müddətlərinə aid olub.

SEMEK bildirib ki, elektrik enerjisi, təbii qaz, içməli və suvarma suyu istehlakçıları hüquqlarının pozulması halında quruma və ya Enerji Ombudsmanı Xidmətinə müraciət edə bilərlər.

Müraciət və məsləhət üçün 16 216 nömrəli Çağrı Mərkəzi, SEMEK-in “Facebook” səhifəsi, elektron forma (link) və ya “Ədliyyə Evi” vasitəsilə əlaqə saxlamaq mümkündür.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →