Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstan sərhədində saxta sənəd təqdim edən və rüşvət vermək istəyən şəxs saxlanıldı

553
Gürcüstan sərhədində saxta sənəd təqdim edən və rüşvət vermək istəyən şəxs saxlanıldı
Dinləmək üçün basın

Patrul Polis Departamentinin Sərhədin İdarəolunması və Koordinasiyası Baş İdarəsinin əməkdaşları həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1986-cı il təvəllüdlü xarici ölkə vətəndaşı S.Q.-nu…

Patrul Polis Departamentinin Sərhədin İdarəolunması və Koordinasiyası Baş İdarəsinin əməkdaşları həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1986-cı il təvəllüdlü xarici ölkə vətəndaşı S.Q.-nu saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. 

İstintaqla müəyyən olunub ki, S.Q. Gürcüstan dövlət sərhədində yerləşən “Dariali” sərhəd-keçid məntəqəsindən keçərkən məcburi sərhəd nəzarətindən yayınıb saxta sənədlər təqdim edib və sərhədçi nəzarətçiyə rüşvət təklif edib. Hüquq-mühafizə orqanları onu cinayət başında saxlayıblar.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 339-cu maddəsinin 2-ci hissəsi (rüşvət vermək) və 362-ci maddəsinin 1-ci hissəsi (saxta sənədin istifadəsi) ilə aparılır. Bu cinayətlər 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →