Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin istintaq idarəsi əməkdaşları kompleks əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşını dövlət sərhədini qanunsuz keçməkdə ittiham edərək saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat verib.
Nazirliyin məlumatına görə, cinayət 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
İstintaqla müəyyən olunub ki, 1998-ci il təvəllüdlü Ç.Q. Gürcüstan dövlət sərhədini sərhəd nəzarətindən kənar, qanunsuz olaraq keçib. O, Tbilisi–Marneuli yolunda avtomobillə hərəkətdə olarkən saxlanılıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsi üzrə istintaq aparılır.
