13 
Avq
2025
11:55
448

Levan Sanikidze: “Gürcü Arzusu” vizasız gediş hüququnun dayandırılması üçün hər şeyi edir

“Gürcü Arzusu” vizasız gedişin dayandırılması istiqamətində məqsədli addımlar atır, çünki onlar artıq təbliğat müharibəsini uduzublar və bu vəziyyəti nə gürcü xalqına, nə xarici tərəfdaşlara, nə də müxalifətə yükləyə bilirlər. Bidzina İvanişvili faktiki olaraq 4 milyon gürcünü sanksiyalara məruz qoyur.”

InterPress.ge xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat Partiyasının liderlərindən Levan Sanikidze bəyan edib.

Onun sözlərinə görə, “Gürcü Arzusu” Avropa İttifaqı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyəcək:

“İstər ‘Gürcü Arzusu’, istərsə də onun təbliğat vasitələri çox çətin vəziyyətdədir. Mən əminəm ki, Aİ qarşısında mövcud hüquqi və siyasi öhdəliklər yerinə yetirilməyəcək. Hakimiyyət məqsədli şəkildə Gürcüstanın Avroatlantik inteqrasiya prosesini dağıdır. İvanişvili 26 oktyabrda hakimiyyəti qəsb etdi, 28 noyabrda isə Rustaveli prospektində ‘qətliam’ törətdi. Avropa Parlamentinin bəyanatını xatırlatmaq lazımdır – ədalətli seçkilər keçirilməyənədək Gürcü Arzusunun hakimiyyəti Avropa dövlətləri tərəfindən legitim hesab olunmayacaq. Bu, insan haqlarının qorunması baxımından da vacibdir.

İvanişvili bu mövzunu xalqı şantaj etmək üçün istifadə edir – Şərq-Qərb Orta Dəhliz layihəsi, optik-fiber kabel və regiondakı təsir imkanları ilə Avropanı təzyiq altında saxlayır. Vizasız gedişin ləğvi isə həm faciəvi, həm də çox təəssüf doğuran hadisə olacaq – nəticədə gürcü xalqı öz hakimiyyəti tərəfindən sanksiyaya məruz qalacaq.”

Sanikidze həmçinin ABŞ Dövlət Departamentinin 2024-cü il insan haqları hesabatına da münasibət bildirib. O qeyd edib ki, sənəd “Gürcü Arzusu” hökumətinin beynəlxalq legitimlik qazanmaq imkanının olmadığını bir daha sübut edir:

“Tramp administrasiyası dövründə bu, ilk belə hesabatdır və çox sərt tənqidi mesajlar ehtiva edir. Burada ‘Gürcü Arzusu’nun zorakılığı, mediaya qarşı misilsiz təzyiqləri vurğulanır. Məncə, bu, ‘MEGOBARI Aktı’nın qəbulu prosesini sürətləndirəcək. Əminik ki, payızın əvvəlində bu akt qəbul olunacaq və bu, gürcü cəmiyyətinə ciddi dəstək olmaqla yanaşı, ‘Gürcü Arzusu’nun rus rejiminə ağır zərbə vuracaq.”

Bizimlə əlaqə saxlayın