Tina Bokuçava: “İvanişvilinin ən böyük kabusu – dinc, zorakılıqsız inqilabdır”
“Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili yuxuya getməzdən əvvəl yerkökü şirəsini içib istirahətə uzananda onun gecə kabusu dinc, zorakılıqsız inqilab və sülh yolu ilə hakimiyyətdən devrilmədir. Əminəm ki, xalqın birliyi və konsolidasiyası nəticəsində, İvanişvilinin “rus–qoç” rejiminə qarşı mövcud olan qəzəb dinc inqilaba çevriləcək.”
InterPress.ge xəbər verir ki, bunu “Vahid Milli Hərəkat”ın sədri Tina Bokuçava jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, İvanişvili yuxuya getməzdən öncə nə qədər təbliğatçı kanallara baxsa da, çox yaxşı bilir ki, xalqın qəzəbi dinc, zorakılıqsız inqilaba çevriləcək və onun avtoritar rejiminin devrilməsi ilə nəticələnəcək:
“Aydındır ki, İvanişvili yerkökü şirəsini içib istirahətə uzananda dinc inqilab və sülh yolu ilə hakimiyyətdən devrilmə onun üçün kabusdur. Buna görə də onun təbliğatçıları bu tamamilə legitim, demokratik prosesi – zorakılıqsız inqilabı və dinc devrilməni damğalamağa çalışırlar. Mən elə bir partiyanın təmsilçisiyəm ki, vaxtilə məhz dinc inqilab yolu ilə ölkəmizdə avtoritar hökuməti dəyişib və əminəm ki, xalqın birliyi ilə bu dəfə də eyni hal baş verəcək”, – deyə Bokuçava qeyd edib.


