Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstandan 34 xarici ölkə vətəndaşı deportasiya olundu

379
Gürcüstandan 34 xarici ölkə vətəndaşı deportasiya olundu
Dinləmək üçün basın

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və nazirliyin digər aidiyyəti qurumlarının sıx koordinasiyası ilə son günlər həyata keçirilmiş kompleks tədbirlər nəticəsində ölkədən 34 xarici vətəndaş…

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və nazirliyin digər aidiyyəti qurumlarının sıx koordinasiyası ilə son günlər həyata keçirilmiş kompleks tədbirlər nəticəsində ölkədən 34 xarici vətəndaş deportasiya edilib.

InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, deportasiya olunan şəxslər Hindistan, Rusiya, Nigeriya, İran, Misir, Azərbaycan, Türkmənistan, Pakistan, Keniya, Ermənistan və Qırğızıstan vətəndaşlarıdır. Onlara mövcud qanunvericiliyə əsasən Gürcüstana daxilolma qadağası qoyulub.

Məlumatda qeyd olunur ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkə daxilində qanunsuz miqrasiya ilə mübarizəyə cavabdeh qurumdur. Onun səlahiyyətlərindən biri də hüquqi əsas olmadan Gürcüstanda yaşayan xarici vətəndaşların müəyyən edilməsi və deportasiya olunmasıdır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →