08 
Avq
2025
14:38
445

İrakli Kobaxidze: “Bu çağırış bizim üçün ciddi deyil – ərazi bütövlüyünün bərpasının yeganə yolu sülh yoludur və başqa heç bir sənəd müzakirə mövzusu ola bilməz”

Baş nazir İrakli Kobaxidze jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın bəyanatına münasibət bildirərək deyib:

“Əlbəttə ki, belə bir razılaşmanı imzalamağa hazır deyilik. Bu çağırış bizim üçün ciddi deyil. Hücum etməmək məsələsinə gəlincə isə yalnız bir şeyi bəyan edirik – ərazi bütövlüyünün bərpasının yeganə yolu sülh yoludur və təbii ki, başqa heç bir razılaşma və sənəd müzakirə mövzusu ola bilməz. Zaxarova bir şey deyir, Kubilius başqa bir şey, siz onların bəyanətlərini təqib etməyin. Düşünürəm ki, Kubilius Zaxarovadan da betərdir. O, bir fəlakətdir. Kubilius açıq şəkildə bizim milli maraqlarımıza qarşı çıxır və illərdir gürcü xalqına yalnız düşmən münasibət göstərib. Mən konkret olaraq Kubiliusu nəzərdə tuturam – illərlə ölkəmizə düşmən münasibətindən başqa heç nə etməyib. Bizim üçün belə çağırışlar tamamilə qəbuledilməzdir. Bizim tərəfimizdən nə birbaşa, nə də dolayı yolla heç bir qondarma “müstəqillik” tanına bilməz, buna görə də bu istiqamətdəki istənilən çağırış bizim üçün qətiyyən qəbuledilməzdir,” – deyə baş nazir bildirib.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan etmişdi ki, “Abxaziya, Cənubi Osetiya və Gürcüstan arasında dialoq, Tbilisinin Çixnvali əleyhinə həyata keçirilmiş aqressiya faktını tanıması fonunda irəliləyə bilər”.

Onun sözlərinə görə, Gürcüstan hakimiyyətinin keçmişdə buraxılmış səhvləri və həyata keçirilmiş aqressiyanı tanıması barışığın baş verməsi üçün zəruri şərtdir.

Zaxarova qeyd etmişdi ki, Gürcüstan tərəfindən işğal olunmuş Abxaziya və Cənubi Osetiya əleyhinə güc tətbiq etməməyə dair hüquqi cəhətdən məcburi razılaşma əldə olunması hələ də danışıqların əsas prioritetlərindən biri olaraq qalır. O, bildirib ki, Rusiya bu proseslərə dəstək göstərməyə hazırdır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər