05 
Avq
2025
16:02
215

İrakli Kobaxidze və Vaaqn Xaçatryan regional sabitlik və strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər

BMT-nin konfransı çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçatryanla görüş keçirib.

InterPress.ge xəbər verir ki, bu barədə hökumətin administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Görüşdə Gürcüstan və Ermənistan arasında mövcud olan mehriban qonşuluq münasibətləri və strateji tərəfdaşlıq, müxtəlif sahələrdə uğurlu əməkdaşlıq, eləcə də regionda baş verən proseslər müzakirə olunub.

Cənubi Qafqazda sülh və sabitliyin xüsusi əhəmiyyətinə diqqət çəkilib. Baş nazir Kobaxidze bu istiqamətdə mühüm irəliləyiş kimi Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların başa çatması barədə birgə bəyanatı qeyd edib.

O, Gürcüstan hökumətinin dialoqu təşviq etməyə və bu yolla regionda davamlı sülh və sabitliyin təmin olunmasına dəstək göstərməyə hazır olduğunu bir daha vurğulayıb.

Görüşdə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani də iştirak ediblər.

Bizimlə əlaqə saxlayın