01 
Avq
2025
19:17
477

Mixeil Saakaşvili: Laşa Canavanın həbsi Levan Xabeişviliyə xəbərdarlıqdır

“Vahid Milli Hərəkat”ın üzvü Laşa Tsanavanın həbsi partiya sədri Levan Xabeişviliyə yönəlmiş açıq xəbərdarlıqdır və bu, partiya liderlərinin həbsi ilə nəticələnəcək."

InterPress.ge xəbər verir ki, bu barədə Saakaşvili  “Facebook” hesabında paylaşım edib.

“‘Qızılgül inqilabı’ Tbilisi və Batumidə İvanişvili kimi kriminal sindikat rejimini devirdi. Bu gün həmin inqilab bizim beynəlxalq brendimizdir, bunlar isə hələ də xalqı inqilabla qorxutmağa çalışırlar?

Bir müddət əvvəl xəbərdarlıq etmişdim ki, Vahid Milli Hərəkat üzvlərinə qarşı hücumlar başlayacaq. Artıq bunun şahidiyik – partiyanın siyasi şurasının üzvü Laşa Tsanava həbs edilib. O, Levan Xabeişviliyə müxtəlif istintaq işlərində yardım göstərirdi. Bu, Xabeişviliyə birbaşa xəbərdarlıqdır və ardınca partiya rəhbərliyinin həbsi gələcək”, – deyə Mixeil Saakaşvili bildirib.

Bizimlə əlaqə saxlayın