01 
Avq
2025
12:26
240

Baş nazir : “Avropa bürokratiyasını bizimlə dialoqa çağırırıq”

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqı institutlarına müraciət edərək, Gürcüstanla daha çox dialoq və açıq ünsiyyət qurmağa çağırıb.

InterPress.ge xəbər verir ki, onun sözlərinə görə, birtərəfli məktubların (depeşlərin) əvəzinə, birbaşa və açıq danışıq Avropa dəyərlərinə uyğun olardı.

“Avropa bürokratiyasını bir daha çağırırıq – gəlin, bizimlə danışın. Bəs məktublar göndərmək nəyə lazımdır? Biz hər mövzuda danışmağa hazırıq. O vaxt da xatırlayın, qanuna “Rus qanunu” adını qoymuşdular, halbuki bu, çevrilişlərin qarşısını almaq məqsədi daşıyırdı. O zaman da onlara açıq müzakirə təklif etdik”, – deyə baş nazir bildirib.

Kobaxidzenin sözlərinə görə, hazırda Avropa qurumları ilə sıfır səviyyədə ünsiyyət var və bu da sovet dövrünün yanaşmalarını xatırladır.

Baş nazir həmçinin qeyd edib ki, Avropa İttifaqının nümayəndələrinin Gürcüstanda zorakılıq məsələsində danışmağa mənəvi haqqı yoxdur. Onun fikrincə, 2023 və 2024-cü illərdə keçirilən aksiyaları elə bu qərb rəsmiləri qızışdırıblar.

Baş nazir əlavə edib ki, əgər Avropa İttifaqı Gürcüstana viza rejimini ona görə ləğv edərsə ki, “kişi kişidir, qadın qadın”, yəni cins haqqında qeydin dəyişdirilməsi yolverilməzdir və ya eyni cinsli cütlüklərin azyaşlı uşaq övladlığa götürməsinə etiraz edilir – bu, əsl fəlakətdir.

“Bizim vətəndaşlar bizi tənqid edə bilərlər, bu onların haqqıdır. Amma Avropa bürokratiyasının belə bir mənəvi haqqı yoxdur”, – deyə Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın