31 
Iyl
2025
21:56
1121

Gürcüstan-Rusiya sərhədi bağlandı - İnsanların təxliyəsi başlayıb

Dəvdorak bölgəsində quraşdırılmış erkən xəbərdarlıq sistemindən siqnal daxil olub.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Sistem çay axarındakı su səviyyəsinin minimal artımını belə qeydə alır və bu məlumat potensial təhlükənin qarşısının alınması məqsədilə istifadə olunur.

Nazirliyin verdiyi məlumata görə, təhlükəsizlik protokollarına uyğun olaraq, “Dariali” sərhəd-keçid məntəqəsində çalışan bütün əməkdaşlar – o cümlədən patrul polisi, gömrük xidməti, sərhəd polisi və özəl şirkətlərin nümayəndələri təhlükəsiz əraziyə təxliyə olunublar.

Bildirilib ki , hazırda hadisə yerində DİN-in bütün müvafiq xidmətləri monitorinq aparır; Heç bir şəxs xəsarət almayıb; Profilaktik tədbir olaraq avtomobil yolu bağlanıb, bütün növ nəqliyyat vasitələri üçün hər iki istiqamətdə hərəkət müvəqqəti olaraq dayandırılıb.

Nazirlik vəziyyətin nəzarət altında olduğunu və əlavə məlumatların zərurət yarandıqda ictimaiyyətə təqdim olunacağını bildirib.

Bizimlə əlaqə saxlayın