Külli miqdarda narkotik maddənin qanunsuz əldə edilməsi və satışına yardımda ittiham olunan şəxs barəsində həbs qətimkan tədbiri seçilib
Xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanması və qanunsuz satışına yardım etmə faktı ilə bir şəxsə ittiham irəli sürülüb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.
İstintaqı aparan Daxili İşlər Nazirliyinin məlumatına əsasən, təqsirləndirilən şəxs qanunsuz olaraq 6,771 qram “alfa-PVP” narkotik maddəsini əldə edib və saxlayıb. Həmin maddənin bir hissəsini 13 paketə bölərək qanunsuz satış məqsədilə Tercola (Tərcola) bələdiyyəsindəki müxtəlif yerlərdə gizlədib. Əməliyyat tədbirləri nəticəsində narkotik vasitələr müsadirə olunub.
Prokurorluğun açıqlamasına görə, təqsirləndirilən şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsinin “a” bəndi və 260 prim maddəsinin 6-cı hissəsinin “a” bəndi ilə ittiham irəli sürülüb. Bu maddələr 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Prokurorluğun təqdimatı əsasında məhkəmə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçib.


