30 
Iyl
2025
12:34
280

Ana Citladze: “Yerli seçkilərdə iştirakın mənası yoxdur, nəticəni Bidzina İvanişvili özü yazacaq”

Gürcüstanda yerli özünüidarəetmə seçkilərində iştirakın heç bir mənası yoxdur, çünki artıq ölkədə azad və ədalətli seçki sistemi mövcud deyil və nəticələri Bidzina İvanişvili əvvəlcədən müəyyənləşdirir.

InterPress.ge xəbər verir ki, bu barədə “Vahid Milli Hərəkat”ın liderlərindən biri olan Anna Citladze bildirib.

Citladze bildirib ki, ölkədə müstəqil dövlət institutları, o cümlədən Mərkəzi Seçki Komissiyası artıq fəaliyyət göstərmir və buna görə də seçkilər yalnız “Rusiya xüsusi əməliyyatının bir hissəsi”dir:

“Rus xüsusi əməliyyatında iştirak – yəni, yerli seçkilərdə iştirak mənasızdır. Çünki Bidzina İvanişvili özü üçün lazım olan nəticəni yazacaq. Bu ölkədə artıq müstəqil dövlət institutları yoxdur. Bu, 2024-cü ilin parlament seçkilərində də göründü.”

O, “Lelo” partiyasının və Giorgi Gaxariyanın ilkin mövqelərinin dəyişməsinə də toxunub və bunu cəmiyyətin qiymətləndirməli olduğunu bildirib:

“Əvvəllər həm ‘Lelo’, həm də Gaxariya bu Rusiya əməliyyatında iştirak etməyəcəklərini bildirirdilər. İndi isə mövqelərini dəyişiblər. Bunun cavabını cəmiyyət verməlidir. Onlar bu siyasi qərara görə məsuliyyət daşımalıdırlar.”

Citladze əlavə edib ki, namizədin kimliyi əhəmiyyət kəsb etmir, çünki nəticə dəyişməyəcək:

“Kimliyinin fərqi yoxdur – Aleko Elisaşvili olsun, başqası olsun – bu, önəmsizdir. Rus oliqarxın sahəsində, onun oyun qaydaları ilə oynamaq özü fundamental səhvdir. Bu, əvvəlcədən uduzulmuş oyundur. Əgər bu oyuna girirsənsə, ya anlaşma içindəsən, ya da sadəcə faydalı axmaqsan. Hansı olduqları isə zamanla bəlli olacaq.”

Tsitlidze sonda vurğulayıb ki, Gürcüstan əhalisinin 70%-dən çoxu artıq ölkədə seçki institutunun ləğv olunduğuna inanır və belə bir mühitdə hər hansı seçkiyə qatılmaq, İvanişvilinin rejiminə “ikinci nəfəs” verməkdən başqa bir şey deyil.

Bizimlə əlaqə saxlayın