Şalva Papuaşvili: “Bu seçkidə Aleko Elisaşvilinin namizədliyi siyasi sirkin məntiqi davamı olacaq”
Parlamentin sədri Şalva Papuaşvili “Lelo” və Giorgi Gaxaria-nın partiyasının Tbilisi meri postuna Aleko Elisaşvilini namizəd olaraq təqdim edə biləcəyinə münasibət bildirib.
InterPress.ge xəbər verir ki,o, bunun “hazırda müşahidə olunan siyasi sirkin məntiqi nəticəsi” olacağını deyib.
Papuaşvilinin sözlərinə görə, “Gorbi” tərəfindən aparılan sorğular bir daha sübut edir ki, müxalifət partiyalarının cəmiyyətin dəstəyindən məhrum olduqları artıq yerli səviyyədə də görünür:
“Hazırda Xazaradze və Gaxaria-nın təşkil etdiyi bu siyasi sirkin məntiqi davamı kimi görünür Aleko Elisaşvilinin namizədliyi. Şansları isə sıfırdan aşağıdır və bu seçkilərdə də açıq şəkildə görünəcək”.
O, radikal müxalifəti “demokratiyadan imtina etmiş qrup” adlandırıb və onların məqsədini “ölkəni qarışdırmaq, müharibəyə cəlb etmək və iqtisadiyyatı dağıtmaq” kimi səciyyələndirib.
Papuaşvili “Gorbi” sorğusunu xarici tərəfdaşlara “dərs” adlandırdı
Parlament sədri qeyd edib ki, “Gorbi” sorğusunun əsas nəticəsi “Gürcü Arzusu”nun artıq 10-cu dəfə inamlı qələbə qazanacağıdır və bu, “Gürcüstanın milli maraqlarının qələbəsi” olacaq.
“Bu sorğudan görünür ki, parlamentə ictimai etimad 62%-dir. Bu nəticələr Gürcüstan xalqının adından danışmağa çalışan xaricilər üçün dərs olmalıdır. Gürcü xalqı bu parlamentin həyata keçirdiyi islahatları dəstəkləyir”, – deyə Papuaşvili vurğulayıb.
Radikal müxalifətə xəbərdarlıq
Papuaşvili həmçinin bildirib ki, radikal müxalifət bu nəticələrdən düzgün nəticə çıxarmalıdır:
“Əgər ağıllı olsalar, bu sorğudan nəticə çıxararaq, bələdiyyə məclislərində yer almaq imkanlarını dəyərləndirərlər. Əks halda siyasi səhnədən silinəcəklər və özlərini ləğv etmiş olacaqlar”.
O, eyni zamanda qeyd edib ki, keçmiş prezident Mixeil Saakaşvilinin dövründə tətbiq edilən “işgəncə sistemi” məlum olsa da, bəzi seçicilərin onun partiyasına və çətiri altındakı digər siyasi qruplara dəstək verdiyini təəssüf hissi ilə qeyd edib.


