29 
Iyl
2025
09:50
197

Gürcüstan Müdafiə Nazirliyində böyük məbləğdə vəsaitin mənimsənilməsi ilə bağlı məhkəmə prosesi başlayır

Bu gün, 29 iyul tarixində Tbilisi Şəhər Məhkəməsində Müdafiə nazirinin sabiq müavini Qiorqi Xayındrava, nazirliyin satınalma departamentinin keçmiş rəhbəri Vladimir Quduşauri və nazir Cuanşer Burçuladzenin qayını Vasil Mxeiçiyə qarşı seçiləcək həbs-qətimkan tədbiri ilə bağlı məhkəmə prosesi keçiriləcək.

InterPress.ge xəbər verir ki, iclasa saat 10:00-da start veriləcək.

Prokurorluq hər üç şəxsə qarşı ən sərt qətimkan tədbirinin – həbsin tətbiq olunmasını tələb edir. Müdafiə tərəfinin mövqeyi isə hələlik açıqlanmayıb.

Vladimir Quduşauri ifadə verməkdən imtina edib, Vasil Mxeiçi isə özünü təqsirli bilmir. Qiorqi Xayındravanın mövqeyi məlum deyil – onun vəkili mətbuatla əlaqə saxlamır.

Hər üç şəxsə – Qiorqi Xayındrava, Vladimir Quduşauri və Vasil Mxeiçiyə bu gün rəsmi ittiham elan olunub. İttihama görə, Qiorqi Xayındrava və Vladimir Quduşauri, Vasil Mxeiçinin vasitəçiliyi ilə Müdafiə Nazirliyinin hərbi hospitalı üçün maqnit-rezonans tomoqrafiya cihazının alınması prosesində rəqabətsiz mühit yaradıblar və bu vasitə ilə cihazın dəyərini süni şəkildə artıraraq, nazirliyə məxsus 1 333 728 lari vəsaiti mənimsəyiblər.

İstintaq, qrup halında, vəzifə səlahiyyətlərindən istifadə etməklə, dövlətə məxsus iri məbləğdə vəsaitin mənimsənilməsi və mənimsəməyə kömək maddələri ilə – Gürcüstan Cinayət Məcəlləsinin 182-ci maddəsinin 2-ci hissəsinin “a” və “d” bəndləri, eləcə də 3-cü hissəsinin “b” bəndi ilə aparılır. Bu maddə 7 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər