Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstan və Ermənistan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır

432
Gürcüstan və Ermənistan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır
Dinləmək üçün basın

Gürcüstan və Ermənistan arasında gömrük-keçid məntəqəsindən birgə istifadəni nəzərdə tutan layihə çərçivəsində yeni sərhəd-keçid məntəqəsi yaradılacaq.

Gürcüstan və Ermənistan arasında gömrük-keçid məntəqəsindən birgə istifadəni nəzərdə tutan layihə çərçivəsində yeni sərhəd-keçid məntəqəsi yaradılacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Gürcüstan Gəlirlər Xidmətinin nümayəndələri İrəvanda keçirilən idarələrarası görüş zamanı layihənin detalları ilə bağlı müzakirələr aparıblar. Səfər zamanı Gürcüstan Gömrük İdarəsinin rəisi vəzifəsini icra edən Mixail Çokaşvili işçi qrupların tərkibini müəyyən edən sənədi imzalayıb.

Mixail Çokaşvilinin sözlərinə görə, layihənin həyata keçirilməsi gömrük idarələri arasında əməkdaşlığın səmərəliliyini artıracaq, təhlükəsizlik tələblərinə ciddi riayət olunmasına şərait yaradacaq və artan yük axınları fonunda qanuni ticarətə təkan verəcək.

Hazırda Gürcüstan-Ermənistan sərhədində yerləşən Sadıxlı–Tsopi–Axkerpi avtomobil yolunun sərhədə gedən hissəsində infrastrukturun yenidən qurulması və təmir işləri davam edir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →