28 
Iyl
2025
14:05
220

Şarmanashvili: “Dövlət maraqlarına zidd hərəkət edən heç kim cəzasız qalmayacaq – bu vəzifə imtiyaz deyil, böyük məsuliyyətdir”

Gürcü Arzusu Partiyasının deputatı Tenzqiz Şarmanashvili Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX)keçmiş müdafiə nazirinin müavini və daha iki şəxsin saxlanılmasına münasibət bildirib.

InterPress.ge xəbər verir ki, onun sözlərinə görə, dövlət maraqlarına qarşı çıxan və ya korrupsiyaya yol verən heç kim cəzasız qalmayacaq və heç kəsə güzəşt göstərilməyəcək:

“Bu ölkədə dövlət maraqlarına qarşı çıxan heç kim cəzasız qalmayacaq. Korrupsiya da dövlət təhlükəsizliyinin tərkib hissəsidir. İndulgensiya (güzəşt) heç kəsə verilməyəcək – istər adı, istər soyadı kim olur-olsun. Vəzifəyə gələnlər bilməlidir ki, bu imtiyaz deyil, böyük məsuliyyətdir və bu yükü daşıya bilməyənlər özləri bu yükdən imtina etməlidirlər.”

Şarmanashvili əlavə edib ki, heç kim 1937-ci ilin repressiya dövrü ilə paralel aparmamalıdır, çünki saxlanmalar yalnız sübutlar əsasında baş verir:

“Biz 1937-ci ildə yaşamırıq ki, kiminsə dediyi ilə adamlar saxlanılsın. Saxlanmalar və istintaq yalnız sübutlar toplanandan sonra başlayır. Vəzifəyə gəlmək istəyən hər kəs əvvəlcədən fikirləşsin ki, bu bir imtiyaz deyil. Əks halda, bu yanaşmayla gələnlər gec-tez həbsxanada bitirəcək.”

Xatırladırıq ki, DTX-nin Antikorrupsiya Agentliyinin keçirdiyi əməliyyat nəticəsində Müdafiə Nazirliyinin keçmiş müavini Giorgi Xaindrava, həmin nazirliyin keçmiş Satınalma Departamentinin rəhbəri Vladimir Quduşauri və nazirin o dövrdəki yaxın qohumu Vladimir Mxeidze saxlanılıb. İstintaqın məlumatına əsasən, adıçəkilən şəxslər 1 milyon 333 min laridən çox dövlət vəsaitinin mənimsənilməsində ittiham olunurlar.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər