27 
Iyl
2025
22:33
325

Tbilisidə etiraz aksiyası keçirilir

Tbilisidə “ Ölkənin azadlığı üçün mədəniyyət!” şüarı altında növbəti etiraz aksiyası keçirilir.

InterPress.ge xəbər verir ki, aksiya iştirakçıları Filarmoniya binası qarşısında toplaşıb və yürüşlə Parlament binasına doğru irəliləyirlər.

Etirazda mədəniyyət və incəsənət sahəsinin nümayəndələri iştirak edirlər. Yürüşə həmçinin aksiyalar zamanı saxlanılan şəxslərin ailə üzvləri də qoşulublar. Etirazçılar müxtəlif məzmunlu plakatlar və həmçinin Gürcüstan və Avropa İttifaqının bayraqlarını daşıyırlar.

Filarmoniya qarşısında etirazçılar simvolik performans nümayiş etdiriblər – onlar üzərində “Ağ iplə tikilmiş işlər” yazılmış qara pankarta ağ sapla naxış tikiblər. Bundan əlavə, kağız vərəqlərdə saxlanılan vətəndaşların adları yazılıb.

Aksiya iştirakçılarının bildirdiyinə görə, ölkədə ədalətsizlik hökm sürür və vəziyyət dəyişməlidir. Onlar yeni seçkilərin keçirilməsini və saxlanılan vətəndaşların azadlığa buraxılmasını tələb edirlər. Etiraz zamanı “Azadlıq Gürcüstana! Rejimin girovlarına azadlıq!” şüarları səsləndirilir.

Parlament binasına gedən marşrut boyunca əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər