27 
Iyl
2025
14:25
266

Böyük miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı dörd nəfərə ittiham irəli sürülüb

Gürcüstan Prokurorluğu tərəfindən dörd şəxsə narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, satışı və satışa yardım etmə faktları üzrə ittiham irəli sürülüb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Prokurorluğun mətbuat xidməti yayıb.

Prokurorluğun məlumatına görə, Daxili İşlər Nazirliyinin keçirdiyi istintaq tədbirləri nəticəsində müəyyən olunub ki, təqsirləndirilən şəxslər müxtəlif növ və miqdarda, o cümlədən böyük həcmdə narkotik vasitələri qanunsuz əldə edib saxlayır və satışını həyata keçirirdilər. Onlardan biri isə satışa yardım məqsədilə qurudulmuş marixuana əldə edərək müxtəlif yerlərdə gizlədib.

Keçirilmiş əməliyyat tədbirləri zamanı qanunsuz saxlanılan və satışa çıxarılmış müxtəlif növ narkotik vasitələr götürülüb. Dörd nəfər saxlanılaraq Tbilisidə həbs edilib.

Onlardan üç nəfərə qarşı Gürcüstan Cinayət Məcəlləsinin:

260³-cü maddəsinin 5-ci hissəsinin “a” və “e” bəndləri (böyük miqdarda narkotik vasitənin qanunsuz satışı, əvvəllər eyni niyyətli cinayətə görə məhkum olunmuş şəxs tərəfindən),

260-cı maddəsinin 2-ci hissəsinin “a” və “d” bəndləri (böyük miqdarda narkotik vasitənin qanunsuz əldə olunması və saxlanması) ilə ittiham irəli sürülüb. Bu maddələr üzrə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Dördüncü şəxsə qarşı isə:

260-cı maddənin 1-ci hissəsi (narkotik vasitənin qanunsuz əldə olunması və saxlanması) və

260⁴-cü maddənin 1-ci hissəsi (marixuananın qanunsuz satışına yardım) ilə ittiham irəli sürülüb. Bu maddələr üzrə maksimum 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Prokurorluğun təqdimatı əsasında məhkəmə dörd təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər