27 
Iyl
2025
10:09
263

Anakliyada suya düşən şəxsin cəsədi tapılıb

Anakliya şəhərində, yaxta klubunun xarabalıqları ərazisində hərəkət edərkən gənc bir oğlan suya düşüb.

InterPress.ge xəbər verir ki, axtarış-xilasetmə işlərindən sonra onun meyiti Fövqəladə Halların İdarəetmə Xidmətinin əməkdaşları tərəfindən sudan çıxarılıb.

Hazırda hadisə ilə bağlı əlavə detalları Gürcüstan Daxili İşlər Nazirliyi araşdırır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər