Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstanda külli miqdarda narkotik maddənin qanunsuz əldə edilməsi, saxlanması və satışına yardım edən Ukrayna vətəndaşları saxlanıldı

247
 Gürcüstanda külli miqdarda narkotik maddənin qanunsuz əldə edilməsi, saxlanması və satışına yardım edən Ukrayna vətəndaşları  saxlanıldı
Dinləmək üçün basın

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Ukrayna vətəndaşları – 2004-cü il təvəllüdlü O.A. və 1998-ci il təvəllüdlü O.A. – öncədən razılaşdırılmış qrup tərəfindən…

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Ukrayna vətəndaşları – 2004-cü il təvəllüdlü O.A. və 1998-ci il təvəllüdlü O.A. – öncədən razılaşdırılmış qrup tərəfindən xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanması və satışına yardım göstərməkdə ittiham olunaraq saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

Nazirliyin bildirdiyinə görə, saxlanılan şəxslərin üzərində və yaşadıqları evdə aparılan axtarış zamanı 184 paketə qablaşdırılmış külli miqdarda “metadon” aşkar edilərək maddi sübut kimi götürülüb.

Həmçinin polis əməkdaşları tərəfindən onların göstərdiyi yerlərdən satış üçün hazırlanmış narkotik maddələr də aşkar edilərək götürülüb. Eyni zamanda, istintaq zamanı saxlanılan şəxslərin yaşadıqları evdə narkotik maddələrin qablaşdırılması üçün istifadə edilən materiallar və yapışqan lentlər də aşkar olunub.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin II hissəsinin “b” və III hissəsinin “a” bəndləri, eləcə də 260^4-cü maddənin V hissəsinin “b” və VI hissəsinin “a” bəndləri ilə aparılır. Bu ittihamlar 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →