Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Mixeil Ğavelaşvili: Radikal qanadın 99 faizi xaricdən idarə olunur

280
Mixeil Ğavelaşvili: Radikal qanadın 99 faizi xaricdən idarə olunur
Dinləmək üçün basın

Radikal siyasi qüvvələrin və aktivistlərin 99 faizi xarici təsirlərdən asılıdır və onların fəaliyyətini “dərin dövlət” adlandırılan strukturlar sifariş edir.

Radikal siyasi qüvvələrin və aktivistlərin 99 faizi xarici təsirlərdən asılıdır və onların fəaliyyətini “dərin dövlət” adlandırılan strukturlar sifariş edir.

InterPress.ge  xəbər verir ki,bu barədə Gürcüstan prezidenti Mixeil Ğavelaşvili bildirib.

O qeyd edib ki, bu gün Gürcüstanda radikal qanadda kim aktivdirsə – istər sosial şəbəkələrdə, istərsə də qeyri-hökumət təşkilatlarının adından danışanlar, siyasi partiyalar, media qurumları – onların 99 faizi xarici təsirlərdən asılıdır.

"Hamısının xarici aktorlarla əlaqəsi var: ya maliyyə dəstəyi ilə, ya ideoloji təsirlərlə, ya da birbaşa əlaqələrlə. Heç kim sizə elə bir insan göstərə bilməz ki, o, tam müstəqil şəkildə Gürcüstanın daxili ictimai tələbatından doğaraq bir təşkilat yaratsın və problemləri görüb hakimiyyətə qarşı çıxış etsin. Belə bir nümunə yoxdur”, - Prezident vurğulayıb.

Onun sözlərinə görə, Gürcüstanda müstəqil adlanan ekspertlər və təşkilat təmsilçiləri də bir şəkildə xarici təsir dairəsinə bağlıdırlar: “Hamı bir formada bu proseslərə cəlb olunub – ya maliyyə dəstəyi alırlar, ya təşkilatların üzvləridir, ya da başqa formalarda birlikdə hərəkət edirlər. Bunu sifarişçilər də gözəl bilirlər. Bu, “dərin dövlətdir” (Deep State)”.

Prezident əlavə edib ki, bu qüvvələrin ifşa olunma anı məhz onlara ünvanlanan mesajların düzgün hədəfə dəyməsi ilə başlayır: “Onlar məhz həmin an qarayaxma kampaniyasına başlayırlar. Yəni, əgər onlar hərəkətə keçibsə, deməli, mesajlar düz hədəfə dəyib”.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →