23 
Iyl
2025
11:39
231

İrakli Kobaxidze Ceyhun Bayramovla görüş keçirib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze rəsmi səfərlə Tbilisiyə gəlmiş Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

InterPress.ge xəbər verir ki, bu barədə hökumət administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Görüşdə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətləri müzakirə olunub. Tərəflər son illərdə iki ölkə arasında münasibətlərin müsbət dinamikasını xüsusi vurğulayıblar.

Tərəflər, həmçinin birgə infrastruktur və enerji layihələrini nəzərdən keçirib, bu layihələrin Orta Dəhlizin inkişafı baxımından əhəmiyyətini qeyd ediblər.

Görüşdə ticarət-iqtisadi əlaqələrə və ticarət dövriyyəsinin artımına da diqqət yetirilib. Bundan əlavə, regionda mövcud vəziyyət müzakirə olunub. Baş nazir Kobaxidze Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsinə Gürcüstanın dialoq və əməkdaşlıq yolu ilə töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib.

Bizimlə əlaqə saxlayın