22 
Iyl
2025
10:02
181

Azərbaycanın xarici işlər naziri Gürcüstanda rəsmi səfərdədir

Bu gün, 22 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfərlə Gürcüstanda səfərdədir.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayıb.

Səfər çərçivəsində Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşəcək. O, həmçinin Gürcüstanın prezidenti Mixeil Kavelashvili, baş nazir İrakli Kobaxidze və parlament sədri Şalva Papuaşvili ilə görüşlər keçirəcək.

Nazir Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların xatirəsinə ucaldılmış memoriala əklil qoyacaq, eləcə də Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edəcək.

Qeyd edək ki, səfər ərəfəsində – 2025-ci il 21 iyul tarixində – Tbilisidə Azərbaycan və Gürcüstanın Xarici İşlər Nazirlikləri arasında nazir müavinləri səviyyəsində növbəti siyasi məsləhətləşmələr raundu baş tutub.

Bizimlə əlaqə saxlayın