İrakli Kobaxidze: Konkret bir istiqamətdə yüksək keyfiyyətli tibbi xidmət almaq istəyirsinizsə, başqa ölkələr var, bir çox ölkələr var
"Bu məsələ üzərində aparılan müzakirələr süni şəkildə yaradılmış spekulyasiyadır."
InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze vizasız rejimlə bağlı yaranmış risklərə dair jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Əgər hansısa konkret sahə üzrə yüksək keyfiyyətli tibbi yardım almaq istəyirsənsə, Avropa İttifaqı ölkələri istisna olmaqla da saysız-hesabsız başqa ölkələr mövcuddur. Bu mövzu sadəcə olaraq barmaqdan sorulmuş, süni şəkildə şişirdilmiş söhbətdir", – deyə Kobaxidze qeyd edib.
Onun sözlərinə görə, vizasız gediş-gəliş sadəcə texniki məsələdir: “Ya sən vizanı almaq üçün növbədə dayanmalı olursan, ya da olmursan. Bütün bu spekulyasiyalar əsassızdır”.
Baş nazir əlavə edib ki, qəbul olunan üç qanun — “Şəffaflığın təmin olunması haqqında”, “Qrantlar haqqında” və “FARA qanunu” — ölkədə sabitliyin qorunmasına xidmət edir: “Əgər ölkədə sabitlik olmayacaqsa, fərqi yoxdur vizasız gedəcəksən, ya vizayla – bunun əhəmiyyəti yoxdur”.


